...

ARDNŞ Zığ gölünün ekoloji monitorinqini aparıb

Energetika Materials 25 İyun 2010 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə layihəsi çərçivəsində Zığ gölünün ekoloji monitorinqi aparılıb. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin cümə günü yaydığı məlumatda deyilir. Monitorinqlər "Zığ gölü və onun ətrafında neft tullantılarının təmizlənməsi" layihəsi çərçivəsində aparılıb.

Məlumatda qeyd olunduğuna görə, monitorinq zamanı dərinlikdə olan çöküntülərin və suyun üst və alt səthinin nümunələri laborator analiz üçün götürülüb.

Göl endemik olduğundan, analiz zamanı gölün hazırkı su-bioloji rəngarəngliyi, flora və faunada qalan qalıqlar, suyun kimyəvi-fiziki parametrləri tədqiq ediləcək.

Xəbər lenti

Xəbər lenti