...

İranda boru və polad təbəqə istehsalı zavodunun açılışı olub

Energetika Materials 28 İyun 2010 15:14 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi İsfahan əyalətinin Nətənz şəhərində boru və polad təbəqə istehsalı xəttinin üçüncü fazasının açılış mərasimində iştirak edib. Məlumatı İranın Prezident Aparatının rəsmi saytı "president.ir" yayıb.

Nətənz boru və polad təbəqə istehsalı zavodunun tikintisi 2006-cı ildə başlayıb. Zavodun tikintisinə 2,7 milyon dollar sərmayə yatırılıb. Gələcəkdə zavodun tikintisinin başa çatması ilə yatırılmış sərmayənin həcminin 3,1 milyon dollara çatacağı proqnozlaşdırılır.

Hazırda İranda 100 min ton boru və sənayeləşdirilmiş polad təbəqə istehsal olunur ki, ölkədə bu məhsula tələbat 1 milyon ton təşkil edir. 

Nətənz poladtökmə zavodu ildə 900 min ton boru və polad təbəqə istehsal edəcək.

Xəbər lenti

Xəbər lenti