...

İranın "Neftşəhr" yatağında baş vermiş yanğın 40 gündən sonra söndürülüb

Energetika Materials 7 İyul 2010 18:04 (UTC +04:00)
Mayın 29-da İranın Kirmanşah vilayətinin Qəsri-Şirin şəhərindəki "Neftşəhr" yatağında quyuda baş vermiş yanğın 40 gündən sonra söndürülüb.
İranın "Neftşəhr" yatağında baş vermiş yanğın 40 gündən sonra söndürülüb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Mayın 29-da İranın Kirmanşah vilayətinin Qəsri-Şirin şəhərindəki "Neftşəhr" yatağında quyuda baş vermiş yanğın 40 gündən sonra söndürülüb. Bu barədə ISNA agentliyi məlumat verib.

Bu müddət ərzində burada hər gün 20 min barel neft yanıb. Hadisə zamanı 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti