...

İlin birinci yarısında Ceyhandan 18 milyon tondan çox Azərbaycan nefti göndərilib

Energetika Materials 13 İyul 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Yanvar-iyun aylarında Türkiyənin Ceyhan limanından "Bakı-Tbilisi-Ceyhan" (BTC) ixrac neft kəməri ilə nəql olunan 18,3 milyon ton Azərbaycan nefti göndərilib. Bu barədə çərşənbə axşamı ARDNŞ-in məlumatında deyilir. 2010-cu il iyunun 1-nə olan məlumata görə, neft kəmərinin işə düşməsindən etibarən, Ceyhandan 122,9 milyon ton neft göndərilib.

Məlumatda deyildiyi kimi, iyun ayında BTC ilə 3,28 milyon ton Azərbaycan nefti nəql olunub.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km-dir. Bunun 443-ü Azərbaycan, 249-u Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi 4 mlrd dollara başa gəlib. Bu, tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 mlrd dollar təşkil edir.

BTC-nin səhmdarları - BP (30,1%), AzBTC (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), ТРАО (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ConocoPhillips" (2,50%) və "Hess" (2,36%).

Xəbər lenti

Xəbər lenti