Azərbaycan, Bakı, 16 iyul /Trend/
ARDNŞ-nin "Azərkimiya" İstehsalat Birliyi Sumqayıt - H.Z.Tağıyev magistral yolunun Etilen-polietilen və "Üzvi sintez" zavodlarına doğru uzanan hissəsində təmir işlərinə başlayıb. Bu barədə İB-nin məlumatında deyilir.
Təmir zamanı yolun bir kilometrə qədər hissəsinin asfalt örtüyü tamamilə dəyişiləcək, 2 min m2 sahədə isə təmir-bərpa işləri görüləcək.
Təmir işlərinə 12 ədəd müxtəlifprofilli texnika cəlb olunub, qısa müddət ərzində 9 min m2 sahəni əhatə edən köhnə asfalt örtüyü lazımi dərinlikdə qazılaraq götürülüb. Asfalt döşənəcək bütün sahədə təmizləmə-hazırlıq işləri artıq başa çatıb.
Təmir işləri ilə paralel olaraq, salınacaq asfalt örtüyünün yağış sularının təsirindən tez sıradan çıxmasının qarşısının alınması üçün də müvafiq işlər görülür.