...

Azərbaycanın Nazirlər Kabineti əsas enerji istehlakçılarının elektrik enerjisi, qaz və neft məhsulları üzrə borclarını silib

Energetika Materials 17 Avqust 2010 13:07 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti "Azərbaycan Hava Yolları" QSC-nin 99 milyon manat və "Azərenerji" ASC-nin 1555, 4 milyon manat həcmində ARDNŞ-ə (Azərbaycan Dövlət Neft Şirkəti) olan borclarının neft şirkətinin 2010-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına daxil edilməklə silinməsi haqda qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Azərbaycanın Nazirlər Kabineti əsas enerji istehlakçılarının elektrik enerjisi, qaz və neft məhsulları üzrə borclarını silib

Azərbaycan, Bakı, 17 avqust /Trend /

Azərbaycanın Nazirlər Kabineti "Azərbaycan Hava Yolları" QSC-nin 99 milyon manat və "Azərenerji" ASC-nin 1555, 4 milyon manat həcmində ARDNŞ-ə (Azərbaycan Dövlət Neft Şirkəti) olan borclarının neft şirkətinin 2010-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına daxil edilməklə silinməsi haqda qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Həmçinin, NK 2010-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına daxil edilməklə, "Azərenerji" qarşısında aşağıdakı debitor borcların silinməsi haqda qərar qəbul edib:

Qəbələ RLS üzrə - 14,5 milyon manat; "Bakıelektrikşəbəkə" ASC üzrə - 389,1 milyon manat; "Sumqayıtelektrikşəbəkə" ASC üzrə - 194,7 milyon manat və 101,8 milyon manat; "Barmek - Azərbaycan" üzrə - 466,4 milyon manat; "Azərsu" ASC üzrə - 116,8 milyon manat; Naxçıvan MR Enerji Dövlət Agentliyi üzrə - 113,2 milyon manat; "Azəralüminium" ASC üzrə - 23,5 milyon manat; "Azəristiliktəchizat" ASC üzrə - 4,1 milyon manat, "Meliorasiya və Su Təchizatı" ASC üzrə - 90 milyon manat; Azərbaycan Müdafiə Nazirliyi üzrə - 16,1 milyon manat; Səhiyyə Nazirliyi üzrə - 10,9 milyon manat; Təhsil Nazirliyi üzrə - 9,1 milyon manat; Dövlət Sərhəd Mühafizəsi Xidməti üzrə - 2,5 milyon manat; Daxili İşlər Nazirliyi üzrə - 0,6 milyon manat; Mədəniyyət və Turizm Nazirliyi üzrə - 1 milyon manat; Kənd Təsəsrrüfatı Nazirliyi üzrə - 0,8 milyon manat; Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 0,3 milyon manat.

Borcları silinən idarələr mühasibat uçotu sənədlərində lazımi qeydlər etməli və borcların silinməsindən əldə olunan gəlir vergisinin ödənilməsini təmin etməlidirlər.

Xəbər lenti

Xəbər lenti