...

ARDNŞ-nin Etilen-polietilen zavodu təmirdən sonra işə başlayacaq

Energetika Materials 3 Sentyabr 2010 13:10 (UTC +04:00)

Аzərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

Növbəti həftə ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi əsaslı təmirdən sonra Etilen-polietilen zavodunu işə salmağı planlaşdırır. Bu barədə cümə günü İB-nin baş direktoru Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu həftə müəssisədə aparılan işlərin ilkin mərhələsi başa çatmalıdır, lakin il ərzində "Azərikimya" təkmilləşdirmə üzrə lazımi tədbirləri davam etdirəcək.

Aparılan işlərdə əsas məqsəd məhsul itkisinin azaldılması, köhnəlmiş avadanlıqlar, kommunikasiya sistemləri və boru kəmərlərinin dəyişdirilməsi olub. Təmir və təkmilləşdirmə işləri zavodun bütün ərazisi üzrə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti