...

Azərbaycanın İranın şimal əyalətlərini qazla təmin etmək üçün imkanı var - nazir

Energetika Materials 27 Sentyabr 2010 20:04 (UTC +04:00)
Bu barədə bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev İran Prezidenti Administrasiyasının iqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri Əli Ağaməhəmmədinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə görüşdə deyib.
Azərbaycanın İranın şimal əyalətlərini qazla təmin etmək üçün imkanı var - nazir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın İranın şimal əyalətlərini qazla təmin etmək üçün imkanı var. Bu barədə bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev İran Prezidenti Administrasiyasının iqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri Əli Ağaməhəmmədinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan İrana Naxçıvan Muxtar Respublikasının qaz tələbatlarının ödənilməsi üçün göndərilən 350-500 milyon kubmetr qaz tədarükünə imkan var.

Lakin Azərbaycanın İrana ölkənin şimal əyalətlərinin qaza olan tələbatının ödənilməsi məqsədilə kommersiya tədarükü həyata keçirməyə imkanı var.

Hazırda tərəflər arasında qaz infrastrukturunun buraxılış qabiliyyyətinin genişləndirilməsi üzrə işlər aparılır və yaxın vaxtlarda Azərbaycan İrana ildə bir milyard kubmetrə yaxın qaz tədarük edə bilər.

Nazir eyni zamanda qeyd edib ki, gələcəkdə Azərbaycan və Gürcüstan ərazisi ilə İran qazı Avropaya tədarük oluna bilər.

Nazir İran tərəfinin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində iştirakından məmnunluğunu ifadə edib. Əliyevin sözlərinə görə, layihənin işlənməsinin birinci mərhələsi zamanı yaxşı nəticələr əldə olunub.

Xəbər lenti

Xəbər lenti