...

Avropa qazın diversifikasiyası və tədarükünün möhkəmlənməsi üçün yeni qaz kəmərləri tikməlidir – Avropa komissarı

Energetika Materials 1 Oktyabr 2010 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

Avropanın daxili enerji bazarı hələ də kompleksli və rəqabətqabiliyyətli deyil. Bu barədə Aİ-nin enerji problemləri üzrə komissarı Günter Ottinger Brüsseldə 2011-2020-ci illər üçün enerji strategiyasının hazırlanmasına dair konfransda deyib.

Onun sözlərinə görə, milli şirkətlərin ölkə xaricindən çıxması müxtəlif milli qayda və praktika yığımı ilə hələ də məhdudlaşdırılıb.

"Enerji problemi Avropa üçün doğrudan da ən böyük sınaqlardan biridir. Maliyyə böhranından fərqli olaraq, enerji sistemimizi yeni, daha etibarlı və təhlükəsiz yola qoymaq üçün on illərlə vaxt lazım ola bilər. Bizə cəmiyyətimizi aşağıkarbonlu, effektiv və demokratik gələcəyə hazırlamaq üçün təcili və ambisiyalı qərarlar lazımdır", - Ottinger bildirib.

Ottingerin fikrincə, problemlərin həlli üçün bütün sektor və sosial qruplar səfərbər edilməlidir.

"Biz etibarlı energetika və enerji bazarının islahatları sahəsində beynəlxalq rəhbərliyimizi bərpa etməliyik", - o qeyd edib.

Onun sözlərinə görə, enerji effektivliyi Avropanın 30 il boyunca enerji proqramının elementi olub. Lakin bu dövr ərzində hansısa ciddi struktur dəyişikliyi edilməyib.

"Bizə enerjidən effektiv istifadə etmək və enerjiyə qənaət edən avadanlıq və xidmətlərə kütləvi tələbat üçün bazar yaratmaq lazımdır", - Ottinger vurğulayıb.

Onun sözlərinə görə, növbəti 20 il ərzində Avropaya enerji sektoruna bir trilyon avroya yaxın investisiya lazım olacaq. Bərpa edilən enerji mənbələrinin istehsal artımı ilə ayaqlaşmaq üçün bizə generasiya edilən qurğuların çoxunu dəyişmək, enerji şəbəkəsini tam yeniləşdirmək lazımdır.

"Biz qaz tədarükümüzün diversifikasiyası və möhkəmlənməsi üçün "Nabukko" kimi yeni boru kəmərlərini tikməliyik", - Ottinger vurğulayıb.

Ottingerin dediyi kimi: "Ressesiyadan çıxmaq, yeni texnologiya və şəbəkələrə investisiyaları gözləmək üçün yaxşı vaxt deyil. Lakin bizim başqa seçimimiz yoxdur. Əslində, aşağıkarbonlu sektora investisiyalar iş yerləri, müəssisələr, bacarıq və əminlik yaradacaq ki, bu da bizi yenidən artım yoluna çıxaracaq".

Xəbər lenti

Xəbər lenti