...

Gürcüstan Rusiya qazının Ermənistana nəqlini üçgünlük dayandırıb

Energetika Materials 11 Oktyabr 2010 11:29 (UTC +04:00)
Bazar ertəsi saat 08:00-da Gürcüstan müvəqqəti olaraq Rusiya qazının Ermənistana nəqlini dayandırıb. Gürcüstan Neft və Qaz Şirkətindən verilən məlumata görə, bu, Mçxeti rayonundakı məntəqələrin birində - "Şimal-Cənub" magistral qaz kəmərində planlı profilaktika ilə bağlıdır.
Gürcüstan Rusiya qazının Ermənistana nəqlini üçgünlük dayandırıb

Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Bazar ertəsi saat 08:00-da Gürcüstan müvəqqəti olaraq Rusiya qazının Ermənistana nəqlini dayandırıb. Gürcüstan Neft və Qaz Şirkətindən verilən məlumata görə, bu, Mçxeti rayonundakı məntəqələrin birində - "Şimal-Cənub" magistral qaz kəmərində planlı profilaktika ilə bağlıdır.

"Ermənistan və Rusiya artıq Rusiya qazının Gürcüstan vasitəsilə Ermənistana nəqlinin müvəqqəti dayandırılması haqqında profilaktik işlərin aparılmasından xəbərdardır", - korporasiyadan bildiriblər.

Qazın verilməsinin bərpası 14 oktyabr 10:00-a (Tbilisi vaxtı ilə) planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti