...

ARDNŞ qaz ixracını artırıb

Energetika Materials 16 Oktyabr 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 1,3 milyard kubmetr qaz ixrac edib. Bu göstərici 2009-cu ilin analoji dövründə 708,3 milyon kubmetr olub. Bu barədə şənbə günü ARDNŞ-dən məlumat verilib.

Sentyabrda ARDNŞ 121 milyon kubmetr qaz ixrac edib. Ötən ilin sentyabrında nəql edilən qazın həcmi isə 62,8 milyon kubmetr olub.

Bu gün ARDNŞ öz qazını Gürcüstan və Rusiyaya ixrac edir.

Gürcüstana qaz nəqli şirkətin Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə gürcü bazarındakı fəaliyyəti çərçivəsində həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan qazının Rusiyaya nəqli bu il yanvarın 1-də başlayıb və Mozdok-Qazıməhəmməd qaz kəməri vasitəsilə həyata keçirilir. 2007-ci ilədək bu qaz kəməri vasitəsilə Azərbaycan 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonradan Azərbaycan Rusiya qazının idxalından imtina edib.

Xəbər lenti

Xəbər lenti