...

Qaz almaqda maraqlı olan Rumıniya Türkmənistan prezidentini gözləyir

Energetika Materials 29 Oktyabr 2010 17:20 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 oktyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rumıniyanın dövlət başçısı Trayan Beseskunun dəvəti ilə bu ölkəyə rəsmi cavab səfəri edəcək.

Beseskunun Aşqabada rəsmi səfəri 2009-cu il iyulun 22-də baş tutub. Səfərin yekunları üzrə hökumətlərarası saziş imzalanıb.

Səfər zamanı aparılan danışıqlarda hər iki ölkə rəhbəri tərəfindən enerjidaşıyıcılarının satış bazarlarına ixracının şaxələndirilməsi hesabına beynəlxalq enerji təminatının təmin olunması məsələsində vahid mövqe ifadə ediblər.

Həmçinin, bütün maraqlı tərəflərin - istehsalçı, istehlakçı və ixracatçı ölkələrin öz səylərini birləşdirmələrinin zəruriliyi ifadə olunub.

Rumıniya türkmən qazına birbaşa çıxışın əldə olunmasında maraqlıdır. Rumıniyanın "Transgaz" şirkəti Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləri ilə yanaşı "Nabukko" qaz kəməri layihəsinin iştirakçısıdır.

Brüssel "Nabukko" hesabına Xəzər regionundan, ilk növbədə, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin enerjidaşıyıcılarından istifadə müqabilində müxtəlifləşdirməyə ümid edir.

Rəsmi Aşqabad Türkmənistanın öz sərhəddində istənilən alıcıya, o cümlədən "Nabukko" layihəsi çərçivəsində təbii qaz satmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Öz növbəsində, Rumıniya tərəfi Türkmənistanın karbohidrogen ehtiyatlarının işlənməsində, nəqlində iştiraka, ölkədə elektrik stansiyalarının tikintisi üçün müvafiq avadanlıqların satışına hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti