...

Azərbaycanda yanacağın qiymətində artım gözlənilmir – ARDNŞ rəhbəri

Energetika Materials 13 Noyabr 2010 17:47 (UTC +04:00)
Azərbaycanda yanacağın qiymətində artım nəzərdə tutulmayıb. Bu barədə şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
Azərbaycanda yanacağın qiymətində artım gözlənilmir – ARDNŞ rəhbəri

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E. İsmayılov/

Azərbaycanda yanacağın qiymətində artım nəzərdə tutulmayıb. Bu barədə şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"Yanacağın dəyərində dəyişikliklər gözlənilmir", - Abdullayev deyib.

Azərbaycanda neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin qərarına əsasən, 2007-ci  il yanvaın 6-dan 8-dək ölkədə yanacağın yeni qiymətləri müəyyən edilib. O cümlədən, Nazirlər Kabinetinin qərarına əsasən, L-62 markalı bir litr dizel yanacağının qiyməti 0,45, AI-80 avtomobil benzinin 0,55, AI-92 avtomobil benzinin 0,55, AI-95 avtomobil benzinin qiyməti isə 0,60 manatdır.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton olan iki NEZ-də istehsal edilir. Hər iki NEZ ildə altı milyon tona yaxın neft emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti