...

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurlması mövsümünü başa çatdırıb

Energetika Materials 8 Dekabr 2010 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulması prosesini başa çatdırıb. Bu barədə çərşənbə günü neft-qaz bazarındakı mənbə deyib.

Hazırda respublikada iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarı var.

"Yeraltı qaz anbarlarına qazın vurulması başa çatıb", - mənbə bildirib.

Onun sözlərinə görə, vurulma mövsümünün başa çatmasının yekunları üzrə Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatının həcmi 3,05 milyard kubmetr təşkil edib. Anbarlarda olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən çoxu keçən ildən qalandır.

Bundan əvvəl ARDNŞ-dəkı mənbənin dediyi kimi, hazırda həm "Qalmaz", həm də "Qaradağ" qaz anbarlarının hər birində qazın həcmi 1,5 milyard kubmetri ötür.

Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib.

Azərbaycanın yeraltı qaz anbarlarına payız-qış mövsümündə istifadə etmək üçün qaz vurulması prosesi oktyabrda başa çatır. Lakin builki əlverişli hava şəraiti ilə əlaqədar qaz vurulması prosesinin vaxtı uzadılıb.

Xəbər lenti

Xəbər lenti