...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi neft-kimya laboratoriyasını yaradır

Energetika Materials 11 Fevral 2011 16:10 (UTC +04:00)
İlin sonunadək Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft və kimya sahəsində tədqiqatlarla məşğul olacaq laboratoriyanı istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında komitə sədri Ramiz Həsənov deyib.
Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi neft-kimya laboratoriyasını yaradır

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft və kimya sahəsində tədqiqatlarla məşğul olacaq laboratoriyanı istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında komitə sədri Ramiz Həsənov deyib.

"Yeni laboratoriyanın yaradılamsı üzrə işlərə artıq başlanılıb. İlin sonunadək biz onu istismara verməyi planlaşdırırıq", - Həsənov bildirib.

Onun sözlərinə görə, belə laboratoriyanın yaradılması respublikada istehsal edilən neft-kimya məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və onların beynəlxalq bazarlarda rəqabətqabiliyyətinin artırılması məqsədi daşıyır.

Həsənovun sözlərinə görə, Neft və Qaz Komitəsinin yaradılması üzrə işlər də başa çatmaq üzrədir. Yeni yaradılan komitə bu sahədə milli standartların hazırlanması məsələlərini həyata keçirəcək.

Komitə neft və qaz sahəsində mövcud olan bütün standartlara yenidən baxacaq və onların bu günün tələblərinə cavab verib-verməməsini müəyyənləşdirəcək. Uyğun olmadıqda, Azərbaycanda neft-qaz sahəsində qazmadan tutmuş neft məhsullarının istehsalına qədər hansı standartların tətbiqinin zəruri olması müəyyənləşdiriləcək. Sonra tədbirlər planı hazırlanacaq. Onun əsasında bir neçə il ərzində Azərbaycanın neft və qaz sahəsindəki standartlar fondu yenilənəcək.

Komitədə sədr ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəri) olacaq.

Xəbər lenti

Xəbər lenti