...

Azərbaycan və Türkmənistan "Cənub dəhlizi"nin enerji layihələrində tərəfdaş ola bilərlər - ekologiya naziri

Energetika Materials 1 Mart 2011 15:27 (UTC +04:00)
Azərbaycan və Türkmənistan "Cənub dəhlizi"nin enerji layihələrində tərəfdaş ola bilərlər.
Azərbaycan və Türkmənistan "Cənub dəhlizi"nin enerji layihələrində tərəfdaş ola bilərlər - ekologiya naziri

Türkmənistan, Aşqabad, 1 mart /Trend, müxbir H.Həsənov/

Azərbaycan və Türkmənistan "Cənub dəhlizi"nin enerji layihələrində tərəfdaş ola bilərlər. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə axşamı "Neytral Türkmənistan" qəzetində dərc edilən müsahibədə deyib.

Nazir dünən Aşqabadda "Transxəzər boru kəmərlərinin ekoloji aspektləri" beynəlxalq konfransında iştirak edib.

"Sektorları Xəzərdə bir-biri ilə kəsişən Türkmənistan və Azərbaycan neçə ildir ki, çiyin-arxa-arxaya işləyirlər. Böyük təcrübə toplanıb, "Cənub dəhlizi"nin bir hissəsi olmaq üçün böyük potensial və istək var. Və buna görə ölkələrimiz belə layihələrin həyata keçirilməsində tərəfdaş ola bilərlər", - Bağırov bildirib.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) daxildir.

Türkmənistan və Azərbaycan son vaxtlar iki ölkə arasında Avropa bazarına hədəflənən miqyaslı "Nabukko" layihəsinin bir hissəsi ola biləcək sualtı Transxəzər boru kəmərinin çəkilişi üzrə layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildirirlər.

"Azərbaycan dəniz boru kəmərlərinin inkişaf perspektivini dəstəkləyir, çünki hazırda bu, bərə, barj və ya tankerlərdən fərqli olaraq, enerji resurslarının nəqlində ekoloji baxımdan daha təhlükəsizdir", - Azərbaycan naziri qeyd edib və diqqəti ona yönəldib ki, "belə layihələrin həyata keçirilməsinin pretsedentləri bütün dünyada - Qara dənizdə, Baltik dənizdə və digər dənizlərdə mövcuddur".

Xəbər lenti

Xəbər lenti