...

Azərbaycan neftinin qiymətləri martın 1-də artıb

Energetika Materials 2 Mart 2011 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 116,5 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiymətləri bazar ertəsinə nisbətən bir dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 115,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 1-də 109,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 1-də 113,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,66 dollar/ barel çoxdur.

Xəbər lenti

Xəbər lenti