...

ARDNŞ NEZ-də katalitik krekinq qurğusunun işini bərpa edib

Energetika Materials 4 Mart 2011 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.İsmayılov/

Gələn həftə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodunda bir müddət əvvəl əsaslı təmirin apalması üçün dayandırılan katalitik krekinq qurğusunun istismara verilməsini başa çatdırıb. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə məlumat verib.

Mənbənin dediyi kimi, qurğuda təmir başa çatıb və zavodda artıq onun istismara verilməsi üzrə işlərə başlanılıb.

"İşlərə bir neçə gün əvvəl başlanıb və qurğu gələn həftə tam işə salınacaq", - mənbə bildirib.

Azərbaycanda illik gücü 20 milyon ton olan iki NEZ var. ARDNŞ öz vəsaiti hesabına dənizdə və quruda hasil edilən nefti NEZ-lərə tədarük edir.

Cənubi Qafqaz regionunda ən iri neft emalı müəssislərindən biri olan Heydər Əliyev adına Neft Emalı Zavodunun (BNEZ) əsası 1940-cı illərdə qoyulub. Müəssisənin balansında katalitik krekinq, yavaşıdılmış kokslaşdırması qurğusu, katalitik riforminq qurğusu və neftin ilkin emalı qurğusu var.

Xəbər lenti

Xəbər lenti