Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.İsmayılov/
14-18 mart həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 116,32 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 1,5 dolllar azdır.
14-18 mart həftəsində AZERI LT-nin maksimum qiyməti 118,03, minimum isə 114,49 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
14-18 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 107,6 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 1,86 dollar/barel azdır.
14-18 mart həftəsində URALS-ın maksimum qiyməti 109,29 dollar/barel, minimum isə 105,7 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
14-18 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 112,66 dollar/barel olub ki, bu da əvvəlki həftənin orta qiymətindən 1,73 dollar/barel azdır.
14 -18 mart həftəsində "Brent Dated"in maksimum qiyməti 114,12, minimum isə 110,91 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.