...

ARDNŞ Xəzərdə qiymətləndirmə qazmasına başlayıb

Energetika Materials 30 Mart 2011 17:44 (UTC +04:00)
ARDNŞ Xəzərin Azərbaycan sektorundakı "Ələt-dəniz" yatağında qiymətləndirmə quyusunun qazılmasına başlayıb.
ARDNŞ Xəzərdə qiymətləndirmə qazmasına başlayıb

Azərbaycan, Bakı, 30 mart /Trend/

ARDNŞ Xəzərin Azərbaycan sektorundakı "Ələt-dəniz" yatağında qiymətləndirmə quyusunun qazılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, qazma "Ələt-dəniz" yatağındakı 63 nömrəli özüldən 23 nömrəli platformadan başlayıb. Quyunun layihə dərinliyi 4900 metrdir.

Qazmanı ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi həyata keçirir.

Məhsuldar qatın alt şöbəsinin neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi məqsədini daşıyan quyu Qirməki Altı Lay Dəstəsinə qazılır.

Xəbər lenti

Xəbər lenti