...

ARDNŞ-nin Etilen-polietilen zavodunda hadisə nəticəsində bir nəfər həlak olub

Energetika Materials 20 May 2011 18:02 (UTC +04:00)
Birliyin Təcili yardım mərkəzinin həkim briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra onlar Bakının 5 nömrəli xəstəxanasına yerləşdiriliblər.
ARDNŞ-nin Etilen-polietilen zavodunda hadisə nəticəsində bir nəfər həlak olub

Azərbaycan, Bakı, 20 may /Trend/

Mayın 19-da saat 15:00 radələrində "Azərikimya" İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunun 35 saylı hava təchizatı və estakada sexinin elektrik paylama məntəqəsində qəfildən yaranmış qısa qapanma nəticəsində əmələ gələn elektrik qövsünün təsirindən sexin 1979-cu il təvəllüdlü energetiki İlkin Hətəmov və 1959-cu il təvəllüdlü elektrik montyoru Aqil Nağıyev ciddi xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin məlumatında deyilir.

Birliyin Təcili yardım mərkəzinin həkim briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra onlar Bakının 5 nömrəli xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Aqil Nağıyevin həyatını xilas etmək mümkün olmayıb. İlkin Hətəmovun səhhəti isə yüngülləşməyə doğru gedir.

Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti