...

ARDNŞ Avropaya istiqamətlənən ixrac qaz kəmərlərinə təklif və məlumat sorğusu ilə müraciət edib

Energetika Materials 10 Avqust 2011 18:34 (UTC +04:00)
ARDNŞ Şahdəniz İxrac danışıqlarını həyata keçirən Qrupun lideri qismində, Şahdəniz qazının Avropaya nəqli üçün Avropa İttifaqının üç əsas perspektivli boru kəməri layihələri qruplarına təklif və məlumat sorğusu ilə müraciət edib.
ARDNŞ Avropaya istiqamətlənən ixrac qaz kəmərlərinə təklif və məlumat sorğusu ilə müraciət edib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

ARDNŞ Şahdəniz İxrac danışıqlarını həyata keçirən Qrupun lideri qismində, Şahdəniz qazının Avropaya nəqli üçün Avropa İttifaqının üç əsas perspektivli boru kəməri layihələri qruplarına təklif və məlumat sorğusu ilə müraciət edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu boru kəməri layihələrinə IGI Poseidon, Trans-Adriatik boru kəməri layihəsi və "Nabukko" layihəsi daxildir.

Müraciətdə "Şahdəniz" konsorsiumu layihələrin dəyərləndirilməsi və ixrac infrastrukturunun seçilməsi üçün boru kəməri layihələri şirkətlərindən tələb olunan məlumatları konsorsiuma təqdim etmələri istənilib.

Tarif təkliflərinin, müvafiq şərt və müddəaların, o cümlədən, layihənin geniş aspektlərinə dair təfsilatlı məlumatların əks olunduğu sorğuya cavab üçün son tarix 1 oktyabr 2011-ci il müəyyən olunub.

Hər 3 layihə "Cənub qaz dəhlizi"nin tərkib hissəsidir. Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti