...

ARDNŞ Gürcüstanda Avropanın ən uzun piyada körpüsünün inşasında yaxından iştirak edib

Energetika Materials 26 Avqust 2011 19:00 (UTC +04:00)
ARDNŞ-nin Kulevi Qara dəniz Terminalı Gürcüstanın Anakliya kurort şəhərində Avropada ən uzun piyada körpüsünün tikintisində yaxından iştirak edib.
ARDNŞ Gürcüstanda Avropanın ən uzun piyada körpüsünün inşasında yaxından iştirak edib

Azərbaycan, Bakı, 26 avqust /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi Qara dəniz Terminalı Gürcüstanın Anakliya kurort şəhərində Avropada ən uzun piyada körpüsünün tikintisində yaxından iştirak edib.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, Anakliya və Qanmuxuri bölgələrini birləşdirən və uzunluğu 540 metr olan körpü bu il avqustun 22-də istismara buraxılıb.

Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatına görə, körpü cari ilin payızında Nyu-York şəhərində keçiriləcək beynəlxalq müsabiqədə nümayiş etdiriləcək.

ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti