...

Alternativ Enerji üzrə Dövlət Agentliyi eksperimental poliqonun açılışına hazırlaşır

Energetika Materials 5 Sentyabr 2011 13:29 (UTC +04:00)
Yaxın günlərdə Qobustanda Azərbaycanda ilk hibrid elektrik stansiyasının yerləşəcəyi eksperimental poliqon istismara veriləcək.
Alternativ Enerji üzrə Dövlət Agentliyi eksperimental poliqonun açılışına hazırlaşır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın günlərdə Qobustanda Azərbaycanda ilk hibrid elektrik stansiyasının yerləşəcəyi eksperimental poliqon istismara veriləcək. Bu barədə Trend-ə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, poliqonun yaradılmasında əsas məqsəd alternativ və bərpa olunan enerji mənbələri sahəsinin inkişafı, onun təbliği, kadrların hazırlanması və alternativ enerji üzrə layihələrin testləşdirilməsidir.

"Bu, həmin sahədə həm texniki, həm də normativ-metodoloji məsələlərini həllini nəzərdə tutur", - Məlikov qeyd edib.

Qobustandakı hibrid stansiyasında külək elektrik stansiyaları, günəş modulları və biokütlədən elektrik enerjisinin istehsalı üzrə qurğular işləyəcək. Elektrik stansiyalarının istehsal gücü 5,5 meqavatt təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti