...

ARDNŞ yeni "Abşeron" yatağındakı qaz ehtiyatlarının həcmlərini açıqlayıb (FOTO)

Energetika Materials 12 Sentyabr 2011 12:18 (UTC +04:00)
Ötən il "Ümid", bu il "Abşeron" yatağının kəşfi Azərbaycanın qaz ehtiyatları ilə zəngin olduğunu göstərdi. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci müavini Xoşbəxt Yusifzadə mətbuat konfransında bildirib.
ARDNŞ yeni "Abşeron" yatağındakı qaz ehtiyatlarının həcmlərini açıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov /

Ötən il "Ümid", bu il "Abşeron" yatağının kəşfi Azərbaycanın qaz ehtiyatları ilə zəngin olduğunu göstərdi. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci müavini Xoşbəxt Yusifzadə mətbuat konfransında bildirib.

Yataqdakı potensial ehtiyatların həcmi 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir. Uyğun olaraq, Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb.

Onun sözlərinə görə, yataqda çalışan "Total" şirkəti ikinci kəşfiyyat quyusunun qazılması üçün yeni qazma qurğusunu gözləyəcəyi halda yataqda qaz hasilatına 2021-2022-ci illərdə başlanacaq. Lakin şirkət ilk kəşfiyyat quyusundan 4 min metr dərinlikdə yan gövdə qazması həyata keçirmək niyyətindədir. Qazma gedişində yaxşı nəticə əldə olunsa, "Total" dərhal stasionar platformanı quraşdıra bilər ki, bu da yataqdan qaz hasilatının başlanmasını 5-6 il sürətləndirə bilər.

Cümə günü Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda, "Abşeron" blokunda yeni iri qaz yatağının kəşf olunduğunu bildirib.

"Abşeron" yatağının kəşfiyyatı və işlənməsi üzrə müqavilənin iştirakçılarından biri olan "Total" şirkətinin məlumatına görə, ilkin qiymətləndirmələr yataqdakı qaz ehtiyatlarının həcminin bir neçə trilyon kubfut qaz və kondensat olduğunu göstərir.

Abşeron layihəsinin iştirakçıları: ARDNŞ - 40% Fransanın Total şirkəti - 40% və Gaz De France Suez - 20%.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və Total şirkəti arasında imzalanıb. Total daha sonra müqavilədəki iştirak payının 20%-ni Gaz De France Suez şirkətinə verib.

"Abşeron" perspektivli strukturunun kəşfiyyatı və işlənməsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması Danimarkanın "Maersk Drilling" şirkəti tərəfindən Heydər Əliyev adına qazma qurğusu vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti