...

Aİ Azərbaycan və Türkmənistanla Transxəzər boru kəməri üzrə danışıqlara başlayır (ƏLAVƏ OLUNUB)

Energetika Materials 12 Sentyabr 2011 17:15 (UTC +04:00)
Avropa İttifaqı Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəməri sisteminin tikintisi haqqında saziş üzrə danışıqların aparılması üçün mandat qəbul edib.
Aİ Azərbaycan və Türkmənistanla Transxəzər boru kəməri üzrə danışıqlara başlayır (ƏLAVƏ OLUNUB)

Sazişin təfərrüatları əlavə edilib (ilk xəbər saat 16:11-də yayılıb)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Avropa İttifaqı Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəməri sisteminin tikintisi haqqında saziş üzrə danışıqların aparılması üçün mandat qəbul edib. Trend-in xəbərində görə, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Avropa İttifaqı ilk dəfə infrastruktur layihələrinə dəstək üzrə saziş təqdim edir.

"Transxəzər boru kəməri Xəzər regionundakı yeni mənbələrdən Avropaya qaz tədarükü üçün lazım olan "Cənub qaz dəhlizi"nin iri layihəsidir, - energetika üzrə Avropa komissarı Günter Ottinger deyib. - Biz buna mümkün qədər tez nail olmağa çalışırıq".

Aİ-nin bugünkü qərarı Avropa Komsiiyasının rəhbəri Joze Manuel Barrozunun və Ottingerin bu ilin yanvarında Bakıya və Aşqabada səfərlərinin nəticəsidir.

Məlumatda deyilir ki, mandatın təqdim olunması "Cənub qaz dəhlizi" layihələrinin həyata keçirilməsində, eləcə də Aİ-nin vahid xarici enerji strategiyası çərçivəsində ilk operativ qərardır.

Azərbaycan və Türkmənistanla danışıqların gedişində Aİ tərəflərin hüquqi öhdəliklərinin, Transxəzər boru kəmərinin tikintisi və istismarı üçün Azərbaycan və Türkmənistana lazım olan ikitərəfli məsələlərin razılaşdırılmasını, eləcə də boru kəmərinin Türkmənistan qazı ilə doldurulması məsələsində tətbiq ediləcək hüquqi bazanın və kommersiya sazişlərinin tanınmasını müzakirə etmək niyyətindədir.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq və burada "Nabukko" ilə birləşəcək. Aİ və digər ölkələrlə Transxəzər boru kəmərinin tikintisi barədə danışıqlar ötən əsrin 90-cı illərindən aparılır. Bu gün boru kəmərinin tikintisi Xəzərin statusunun müəyyən edilməməsi səbəbindən çətinləşib.

Xəbər lenti

Xəbər lenti