...

Yeni yataqlar Azərbaycanın qaz ölkəsi kimi mövqelərini möhkəmləndirir - ARDNŞ

Energetika Materials 14 Sentyabr 2011 17:02 (UTC +04:00)
Azərbaycanda yeni qaz yataqlarının kəşfi qaz ölkəsi kimi dünyada ölkənin mövqelərini daha da möhkəmləndirir.
Yeni yataqlar Azərbaycanın qaz ölkəsi kimi mövqelərini möhkəmləndirir - ARDNŞ

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycanda yeni qaz yataqlarının kəşfi qaz ölkəsi kimi dünyada ölkənin mövqelərini daha da möhkəmləndirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

"Şahdəniz" yatağının kəşfindən sonra Azərbaycan böyük qaz ehtiyatlarına malik ölkə kimi tanındı. Ötən il "Ümid" yatağının və bu il isə "Abşeron" blokunda yeni iri qaz yatağının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına malik ölkə olduğunu təsdiq edir.

Yataqdakı potensial ehtiyatların həcmi 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir. Müvafiq olaraq, Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb.

Abşeron layihəsinin iştirakçıları: ARDNŞ - 40% Fransanın Total şirkəti - 40% və Gaz De France Suez - 20%.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və Total şirkəti arasında imzalanıb. Total daha sonra müqavilədəki iştirak payının 20%-ni Gaz De France Suez şirkətinə verib.

Xəbər lenti

Xəbər lenti