Azərbaycan, Bakı, 15 noyabr /Trend/
"Ucar-Zərdab" qaz kəmərində aparılan təmir bərpa işləri ilə əlaqədar noyabr 16-da saat 10:00-dan 17:00-dək qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaydığı məlumatda deyilir.
Təmir müddətində Ucar şəhəri və Lək qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan ərazisində qazın paylanması və satışı ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.