...

Qanunsuz tikililər Azərbaycanda yataqlardan hasilatın artırılmasına mane olur

Energetika Materials 23 Dekabr 2011 19:16 (UTC +04:00)
Qanunsuz tikililər Azərbaycanda ARDNŞ-nin balansında olan quru yataqlardan neft hasilatının artırılması prosesinə mane olur.
Qanunsuz tikililər Azərbaycanda yataqlardan hasilatın artırılmasına mane olur

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/

Qanunsuz tikililər Azərbaycanda ARDNŞ-nin balansında olan quru yataqlardan neft hasilatının artırılması prosesinə mane olur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ przidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, ARDNŞ-nin balansında olan quru yataqların işlənməsi ilə bağlı çətinliklərlə yanaşı, əməliyyat şirkətlərinin də böyük çətinlikləri yaranır. Belə ki, həmin şirkətlər imzalanan müqavilələr çərçivəsində üzərilərinə götürdükləri öhdəlikləri qanunsuz tikililərə görə yerinə yetirə bilmirlər.

Abdullayev bildirib ki, işlənmə altında nəzərdə tutulan ərazilərdəki qanunsuz tikililərin böyük hissəsi qısa müddətdə tikilir və ARDNŞ hazırda bilavasitə son zamanlar salınan tikililərlə mübarizə aparır.

ARDNŞ prezidenti onu da qeyd edib ki, qanunsuz tikililərin inşası ARDNŞ-nin fəaliyyətinə, eləcə də bu tikililərin sakinlərinin sağlamlığına mənfi təsir edir.

Xəbər lenti

Xəbər lenti