...

ARDNŞ-nin birinci vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Energetika Materials 9 Yanvar 2012 15:39 (UTC +04:00)
ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Türk dünyasının fəxri alimi" beynəlxalq mükafatına layiq görülüb.
ARDNŞ-nin birinci vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Türk dünyasının fəxri alimi" beynəlxalq mükafatına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yayadığı məlumatda deyilir.

Geologiya, geofizika və yataqların işlənməsi üzrə ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycanın Milli Elmlər Akademiyasının akademiki, professor, Beynəlxalq Türk Dünyası Araşdırmaları Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə bu akademiyanın qərarı ilə türk dünyasında elmə, təhsilə və iqtisadiyyata verdiyi böyük töhfəyə görə beynəlxalq mükafata layiq görülüb.

Yusifzadə 2008-ci ildə Beynəlxalq Türk Dünyası Araşdırmaları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Habelə, 2008-ci ilin yekunları üzrə akademiya tərəfindən "İlin adamı" elan edilib.

Xəbər lenti

Xəbər lenti