...

ARDNŞ yeraltı qaz anbarlarının imkanlarını genişləndirir

Energetika Materials 6 Fevral 2012 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin balansında olan yeraltı qaz anbarlarında üç yeni quyunun qazılması üzrə işlərə başlayıb. Bu barədə Trend-ə bazar ertəsi ARDNŞ-dəki mənbə məlumat verib.

Azərbaycan ərazisində iki - Qalmaz və Qaradağ yeraltı qaz anbarı var.

Onun sözlərinə görə, xüsusilə, hazırda Qaradağ yeraltı qaz anbarında iki quyu qazılır. Bu quyulardan hər birinin dərinliyi 2300 metri ötür.

Mənbənin sözlərinə görə, eləcə də ARDNŞ hazırda dərinliyi 1200 metrə yaxın olan Qalmaz qaz anbarında bir quyu qazılır.

"Qalmaz qaz anbarında daha bir quyunun qazılması üzrə işlər aparılır. Yeni quyunun qazılması çərçivəsində hazırda qazma avadanlıqları köçürülür", - mənbə deyib.

Yeni quyuların qazılması qaz anbarlarında saxlanılan qaz həcmlərinin hazırlanması məqsədilə aparılır.

Xəbər lenti

Xəbər lenti