...

ARDNŞ yeraltı qaz anbarlarına vurulan qazın həcmini açıqlayıb

Energetika Materials 24 Aprel 2012 16:53 (UTC +04:00)
Hazırda yeraltı qaz anbarlarına vurulan qazın gündəlik həcmi 10 milyon kubmetrdən çox təşkil edir.
ARDNŞ yeraltı qaz anbarlarına vurulan qazın həcmini açıqlayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

Hazırda yeraltı qaz anbarlarına vurulan qazın gündəlik həcmi 10 milyon kubmetrdən çox təşkil edir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Ölkədə havaların istiləşməsi və qaza olan tələbatın aşağı düşməsi ilə əlaqədar olaraq, bu ilin aprel ayının əvvəlindən etibarən anbarlara qazın vurulmasına başlanıb", - məlumatda qeyd olunur.

Azərbaycanda iki yeraltı qan anbarı - "Qaradağ" və "Qalmaz" - var.

Xəbər lenti

Xəbər lenti