...

İran dizel yanacağı və benzin üçün daha 11 anbar tikir

Energetika Materials 27 Aprel 2012 12:35 (UTC +04:00)
İran dizel yanacağı və benzin üçün daha 11 anbar tikir. Trend-in məlumatına görə, bunu cümə günü MEHR agentliyinə İranın Neft Məhsullarının Paylanması üzrə Milli Şirkətinin (NIOPDC) icraçı direktoru Cəlil Salari deyib.

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran dizel yanacağı və benzin üçün daha 11 anbar tikir. Trend-in məlumatına görə, bunu cümə günü MEHR agentliyinə İranın Neft Məhsullarının Paylanması üzrə Milli Şirkətinin (NIOPDC) icraçı direktoru Cəlil Salari deyib.

Onun sözlərinə görə, İran ölkənin ümumi ehtiyatlarının artırılması üçün anbarlar tikir və tikinti işlərinin 70 faizə yaxını iranlı mütəxəssislər tərəfindən aparılır.

İran artıq ölkədə 22 belə anbar tikib.

Salari qeyd edir ki, İranın Kirman, Mahşəhr, Urmiya, Şiraz, Bircənd, Məlayir və Qorqan şəhərlərində 11 anbardan yeddisinin tikintisinin 80-90 faizi başa çatıb.

"Ötən il İslamabadda, Qəsri-Şirin və İlamda anbarların tikintisindən sonra ölkənin ümumi yanacaq ehtiyatları 115 milyon litr artıb. 11 anbarın tikintisindən sonra ölkənin yanacaq ehtiyatları 1 800 milyard litr artacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti