...

Azərbaycanda keyfiyyətə nəzarət üzrə şirkət qeydiyyata alınıb

Energetika Materials 3 May 2012 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "AZENCO Sınaq və Keyfiyyətə Nəzarət" MMC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytındakı "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.

MMC-nin nizamnamə kapitalı 5 min manat təşkil edir.

MMC-nin rəsmi nümayəndəsi qismində Teymur Əbdülqədirov çıxış edir, təsisçisi isə "AZENCO Group"dur.

"AZENCO Sınaq və Keyfiyyətə Nəzarət" MMC aprelin 9-da dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti