...

Azərbaycanın şimal-qərb rayonlarının qaz təchizatında problem yoxdur

Energetika Materials 7 May 2012 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.İsmayılov/

Zəlzələ Azərbaycanın şimal-qərb rayonlarının istehlakçılarının qazla təminatına təsir etməyib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

"Ölkənin şimal-qərb rayonlarının qazla təchizatında problem yoxdur. Zəlzələ bu istiqamətdə qaz tədarükünə təsir etməyib", - ARDNŞ-dən deyilib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:40-da, Zaqatala rayonundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ 10 km dərinlikdə, 5,50 maqnitudada qeydə alınıb.

Zəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.

Xəbər lenti

Xəbər lenti