...

Azərbaycanda daha 6 kəndə ilk dəfə təbii qaz verilib

Energetika Materials 7 May 2012 18:08 (UTC +04:00)
Sabirabad rayonunun Nərimanabad kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbir keçirilib.
Azərbaycanda daha 6 kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Sabirabad rayonunun Nərimanabad kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbir keçirilib. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, "Azəriqaz" İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu barədə bazar ertəsi Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Bildirilib ki, 520 abonenti olan Nərimanabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 86614 p/m olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 520 ədəd smart-kart tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Daha bir tədbir Yardımlı rayonunun Əngövül kəndində baş tutub. 42 abonenti olan Əngövül kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 5195 metr olan müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 1 ədəd QTŞ, 2 ədəd siyirtmə, 42 ədəd sayğac quraşdırılıb.

Goranboy rayonunun Hacallı, Qarqucaq və Şəfibəyli kəndlərinin qaz təchizatı istiqamətində görülən işlər də başa çatdırılıb. Mayın 7-də bu kəndlərə təbii qazın verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilib.

Qeyd olunub ki, ötən müddət ərzində 94 abonenti olan Hacallı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11774 metr olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 94 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 176 abonenti olan Qarqucaq kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 15797 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilib, 176 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 111 abonenti olan Şəfibəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem asasında ümumi uzunluğu 12129 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilib, 111 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

May ayının 7-də Şamaxı rayonunun Kələxana kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 650 abonenti olan Kələxana kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 3000 metr uzunluğunda polietilen boru ilə daşıyıcı və küçə xətləri inşa edilib, 65 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti