...

I rübdə "Azəri-Çıraq-Günəşli" yataqlarından 64 milyon bareldən çox neft hasil edilib

Energetika Materials 21 May 2012 13:24 (UTC +04:00)
Böyük Britaniyanın BP şirkəti və tərəfdaşları I rübdə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇQ) (operatoru BP) neft-qaz yataqlar blokundan 8,8 milyon ton neft (64,8 milyon barel) hasil ediblər.
I rübdə "Azəri-Çıraq-Günəşli" yataqlarından 64 milyon bareldən çox neft hasil edilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

Böyük Britaniyanın BP şirkəti və tərəfdaşları I rübdə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇQ) (operatoru BP) neft-qaz yataqlar blokundan 8,8 milyon ton neft (64,8 milyon barel) hasil ediblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BP şirkətinin I rübün yekunları üzrə rəsmi hesabatında deyilir.

Məlumatda bildirilir ki, bu yataqlar blokunda orta sutkalıq neft hasilatı yanvar-mart aylarında 711,8 min barel təşkil edib.

2011-ci ildə BP AÇQ blokunda təqribən 35,4 milyon ton və ya 262 milyon barelə yaxın neft hasil edib.

"I rüb ərzində layihə çərçivəsində əməliyyatlar xərclərinin həcmi 169,1 milyon dollar, əsaslı xərclər 571,4 milyon dollar təşkil edib", - hesabatda qeyd edilir.

2012-ci ildə AÇQ-də əməliyyat xərcləri 708 milyon dollar, əsaslı xərclər isə 2,516 milyard dollar həcmində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti