...

Ukraynada SOCAR brendi altında daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Energetika Materials 29 May 2012 18:09 (UTC +04:00)
ARDNŞ Ukraynada SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirir.
Ukraynada SOCAR brendi altında daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Azərbaycan, Bakı, 29 may /Trend/

ARDNŞ Ukraynada SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirir.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, bu günlərdə Ukraynanın Nikolayev vilayətində növbəti yanacaqdoldurma məntəqəsinin açılışı olub. Nikolayevski rayonunun Odessa küçəsində yerləşən YDM-də ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

YDM ərazisində internetə Wi-Fi çıxış var və "Buta market" fəaliyyət göstərir. Burada hər bir sürücü və sərnişinə geniş ərzaq çeşidləri təklif olunur.

Qeyd edək ki, hazırda Ukraynada SOCAR brendi ilə işləyən 20 YDM fəaliyyət göstərir ki, bunun da 6-sı Nikolayev vilayətindədir.

Xəbər lenti

Xəbər lenti