...

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 11 İyun 2012 13:04 (UTC +04:00)
Yanvar-may aylarında "Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 9,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

Yanvar-may aylarında "Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 9,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin yanvar-mart aylarında bu göstərici 8,7 milyard kilovat-saata yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 8,5 milyarda yaxını istilik elektrik stansiyalarının, təqribən bir milyard kilovat-saatdan çoxu isə su elektrik stansiyalarının payına düşüb.

Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti