...

Azərbaycan neftinin qiymətləri: 18-22 iyun həftəsinin yekunları

Energetika Materials 23 İyun 2012 12:41 (UTC +04:00)
18-22 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 95,6 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 18-22 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.İsmayılov/

18-22 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 95,6 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, 18-22 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 98,45, minimum isə 92,13 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

18-22 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 90,37 dollar/barel təşkil edib.

18-22 iyun həftəsində URALS-ın qiyməti maksimum 93,02, minimum isə 87,16 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

18-22 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 92,51 dollar/barel təşkil edib.

"Brent Dated"in maksimum qiyməti 95,27, minimum isə 89,17 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti