...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 420 527-yə çatıb

Energetika Materials 10 İyul 2012 15:59 (UTC +04:00)
İyulun 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1420527-yə (o cümlədən 1403049 əhali, 17478 qeyri-əhali abonenti) çatdırılıb.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 420 527-yə çatıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1420527-yə (o cümlədən 1403049 əhali, 17478 qeyri-əhali abonenti) çatdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu abonentlərin 641317-si Bakı şəhəri (632068 əhali, 9249 qeyri-əhali abonenti), 779210-u isə regionların payına düşür (770981 əhali, 8229 qeyri-əhali).

Ümumilikdə 1418181 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1400703-ü əhali (99,8 faiz), 17478-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 630680 əhali abonenti (99,8 faiz), 9249 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 770023 əhali abonenti (99,9 faiz) və 8229 qeyri-əhali abonenti (100 faiz).

Ümumilikdə, Bakı şəhəri üzrə 639929 abonent (99,8 faiz), regionlar üzrə isə 778252 abonent (99,9 faiz) sayğaclaşdırılıb. Ötən müddətdə əhali kateqoriyasından olan abonentlərin mənzillərində 390 minə yaxın "smart-kart" tipli (GULF və İTRON) qaz sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti