...

Dövlət Neft Fondunun investisiya portfelinin 57 faizi dollarda cəmlənib

Energetika Materials 23 İyul 2012 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi həcminin 57 faizi ABŞ dollarında (18,57 milyard dollardan çox) cəmlənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fondun ilin I yarısının yekunlarına həsr edilmiş mətbuat konfransında ARDNF rəhbəri Şahmar Mövsümov bildirib.

İlin birinci yarısının nəticələrinə əsasən, ARDNF-in investisiya portfelinin ümumi həcmi 32,59 milyard dollar və ya aktivlərin ümumi həcminin 99,77 faizini təşkil edib.

Fondun investisiya portfelinin 37,08 faizi avroda (9,6 milyard avro), 4,87 isə faizi Britaniya funt-sterlinqində (təqribən 1,02 milyard funt-sterlinq) cəmləşib.

2012-ci il iyulun 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri bu ilin əvvəli ilə (29,8 milyard dollar) müqayisədə 9,6 faiz artaraq 32 666 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti