...

ARDNŞ 2011-ci ildə maliyyə fəaliyyətinin yekunları üzrə birləşdirilmiş hesabatı açıqlayıb

Energetika Materials 28 İyul 2012 13:53 (UTC +04:00)
2011-ci ilin yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) məcmu aktivləri təqribən 16,96 milyard dollar təşkil edib. 2010-cu ildə bu rəqəm 15,68 milyard dollar olub.
ARDNŞ 2011-ci ildə maliyyə fəaliyyətinin yekunları üzrə birləşdirilmiş hesabatı açıqlayıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) məcmu aktivləri təqribən 16,96 milyard dollar təşkil edib. 2010-cu ildə bu rəqəm 15,68 milyard dollar olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü ARDNŞ-nin 2011-ci il ərzində maliyyə fəaliyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatında deyilir.

Maliyyə fəaliyyəti haqqında hesabatın auditorunu "Ernst&Young" şirkəti aparıb.

"Cari aktivlərin payına 4,93 milyard manat, uzunmüddətli aktivlərin payına isə 12 milyard manatdan çox məbləğ düşür", - hesabatda deyilir.

Hesabata əsasən, 2011-ci ilin yekunları üzrə ARDNŞ-nin məcmu kapitalı təqribən 9,25 milyard manat təşkil edib. 2010-cu ilin yekunları üzrə isə bu göstərici 8,16 milyard manat olub. Bununla yanaşı, ötən il ARDNŞ-nin nizamnamə kapitalı 1,7 dəfə artaraq 632,7 milyon manatdan 1 059,3 milyon manata çatıb.

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin payına təqribən 1,16 milyard manat düşüb. 2010-cu ildə bu rəqəm 961,76 milyon manat olub. Debitor borcların payına isə 2,74 milyard manat düşüb. 2010-cu ildə bu göstərici təqribən 2,4 milyard manat təşkil edib.

Əsas vəsaitlərin payına 8,92 milyard manat düşüb. 2010-cu ildə bu rəqəm 8,25 milyard manatdan çox təşkil edib. Birgə müəssisələrə investisiya qoyuluşu 392,4 milyon manat dəyərində olub.

ARDNŞ-nin tərkibinə daxil olan müəssisələrə investisiya yatırımı təqribən 1,2 milyard manat təşkil edib.

Hesabatda deyilir ki, ötən ilin yekunları üzrə şirkətin uzunmüddətli öhdəlikləri 7,4 faiz artaraq təqribən 3,62 milyard manat təşkil edib.

Ötən il şirkətin cari öhdəlikləri 1,2 faiz azalaraq 4,09 milyard manat olub. Bununla yanaşı, ARDNŞ-nin kredit borcu 15,2 faiz artaraq 2,81 milyard manata çatıb.

Xəbər lenti

Xəbər lenti