...

ARDNŞ-də "Investors In People" standartının təqdimatı keçirilib

Energetika Materials 30 Avqust 2012 14:29 (UTC +04:00)
ARDNŞ-də insan resurslarının idarə edilməsi üzrə dünyada geniş tətbiq olunan beynəlxalq "Investors In Poeple" (IIP) standartının tətbiqi ilə bağlı təqdimat keçirilib.
ARDNŞ-də "Investors In People" standartının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

ARDNŞ-də insan resurslarının idarə edilməsi üzrə dünyada geniş tətbiq olunan beynəlxalq "Investors In Poeple" (IIP) standartının tətbiqi ilə bağlı təqdimat keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov baş ofisi Londonda yerləşən IIP-nin region üzrə rəhbərliyini və nümayəndələrini salamladıqdan sonra Dövlət Neft Şirkətinin öz fəaliyyətində beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində görülən mühim işlərdən bəhs edib.

Daha sonra IIP standartının regional nümayəndələri Erhan Feridun və Didem Gurcuoğlu Tekay standartın geniş təqdimatını keçirib, onun tələbləri, iş prinsipləri və tətbiqi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıblr. Sonda bildirilib ki, yeni layihənin tətbiqi nəticəsində insan resurslarının idarə edilməsinin funksiyaları arasında inteqrasiyanın tamlığı qorunaraq şirkətdə vahid strategiyaya xidmət edən insan resurslarının planlaşdırılması, işə qəbulu və yerləşdirilməsi, işçilərin təlimləndirilməsi və inkişaf etdirilməsi, onların xidməti fəaliyyətlərinin qiymətləndirilməsi və bunun əsasında karyeralarının idarə olunması, işçilərlə əlaqələrin genişləndirilməsi, motivasiyanın artırılması məqsədlərinə nail olunacaq.

Təqdimat mərasimində ARDNŞ-nin İnsan Resursaları Departamentinin rəhbərliyi və şöbə rəisləri, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin, Hüquq İdarəsinin, İqtisadiyyat və Uçot İdarəsinin, İnformasiya Texnologiyaları Departamentinin, həmçinin personal və əmək haqqı şöbəsinin rəisləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti