...

"Azərikimya"nın müəssisələrində yay təcrübəsi keçmiş tələbə və məzunlara əmək kitabçaları verilib

Energetika Materials 5 Sentyabr 2012 16:25 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda, həmçinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində iki aylıq yay təcrübəsi başa çatmış ali məktəb tələbələri və məzunları ilə hesabat görüşü keçirilib.
"Azərikimya"nın müəssisələrində yay təcrübəsi keçmiş tələbə və məzunlara əmək kitabçaları verilib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda, həmçinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində iki aylıq yay təcrübəsi başa çatmış ali məktəb tələbələri və məzunları ilə hesabat görüşü keçirilib.

İB-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin, Neft Akademiyasının və Qafqaz Universitetinin tələbə və məzunları Birliyin müəssisələrində mühəndis-texnoloq, iqtisadçı və ekoloq kimi çalışıb, ali məktəbdə aldıqları elmi-texniki bilikləri təcrübədə daha da təkmilləşdirib və genişləndiriblər. Bu barədə gənclər hesabat görüşündə məlumat verib və onlar üçün yay təcrübəsi zamanı yaradılmış əlverişli iş və məişət şəraitinə görə kimyaçılar kollektivinə minnətdarlıqlarını bildiriblər.

Tələbələrin təcrübə rəhbərləri gənclərin iş zamanı yaxşı bilik, kimya istehsalatına böyük maraq və həvəs göstərdiklərini, gələcəkdə onların hər birini kimya istehsalatında, öz sıralarında görmək arzusunda olduqlarını ifadə ediblər. Yay təcrübəsi başa çatmış tələbələrin hər birinə iki aylıq maaş, xüsusi hədiyyələr və onların böyük sevincinə səbəb olub, əmək bioqrafiyalarının məhz "Azərikimya" istehsalatlarından başladıqlarını təsdiq edən ilk əmək kitabçaları təqdim edilib.

Sabahın gənc mütəxəssisləri ali təhsillərini başa vurduqdan sonra onlar üçün artıq doğmalaşmış olan "Azərikimya" müəssisələrinə qayıdaraq, bir mütəxəssis kimi burada çalışacaqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti