...

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 10 Sentyabr 2012 13:11 (UTC +04:00)
Yanvar-avqust aylarında "Azərenerji" ASC təqribən 14,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-avqust aylarında "Azərenerji" ASC təqribən 14,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici 13,2 milyard kilovat-saata yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.

İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən 13 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, qalan təqribən 1,5 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.

Məlumata əsasən, "Azərenerji" avqustda təqribən 1,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,5 milyard kilovat-saat olub.

Bu dövr ərzində Rusiya, Türkiyə, Gürcüstan və İranla elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti