...

Azərbaycan və İndoneziya enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər

Energetika Materials 17 Sentyabr 2012 18:22 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və İndoneziya enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Sənaye və Energetika Nazirliyinin mətbaut xidmətinin rəhbəri Azər Mənsimli deyib.

Görüş zamanı tərəflər neft-qaz, enerji və qeyri-neft sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Əliyev qeyd edib ki, Azərbaycan tərəfi İndoneziya ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Onun sözlərinə görə, yaxın vaxtlarda nazirlik İndoneziya tərəfinə öz təkliflərini təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti