...

Sənaye və Energetika Nazirliyi ilə "Statoil" əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Energetika Materials 19 Sentyabr 2012 18:30 (UTC +04:00)
Sənaye və energetika naziri Natiq Əliyev bu gün Bakıda "Statoil Azerbaijan" şirkətinin rəhbəri Lars Sorensi qəbul edib.
Sənaye və Energetika Nazirliyi ilə "Statoil" əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sənaye və energetika naziri Natiq Əliyev bu gün Bakıda "Statoil Azerbaijan" şirkətinin rəhbəri Lars Sorensi qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Tərəflər görüş zamanı şirkətin 20 il ərzində ölkədəki fəaliyyəti üzrə layihələr çərçivəsində görülən işləri müzakirə ediblər.

Həmçinin, tərəflər gələcək əməkdaşlıq perspektivləri, şirkətin yeni layihələrdə mümkün iştirakı və yeni yataqların işlənməsini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti