...

Azərbaycan qazının Türkiyəyə verilməsi bərpa edilib

Energetika Materials 10 Oktyabr 2012 12:29 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş vermiş partlayış səbəbindən dayanan Azərbaycan qazının Türkiyəyə ixracı bərpa edilib.
Azərbaycan qazının Türkiyəyə verilməsi bərpa edilib

Azərbaycan, Bakı, 10 oktyabr / Trend, müxbir A.Tağıyeva /

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş vermiş partlayış səbəbindən dayanan Azərbaycan qazının Türkiyəyə ixracı bərpa edilib. Bu barədə çərşənbə günü Türkiyənin energetika naziri Taner Yıldız bildirib. Trend-in məlumatına görə, xəbəri IHA agentliyi yayıb.

Oktyabrın 3-də Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bir hissəsində partlayış baş verib. Sonradan partlayışın terror aktı nəticəsində baş verdiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti