...

"Azərenerji": Azərbaycanın enerji sistemində təbii fəlakətlərlə bağlı problemlərdən yayınmaq üçün tədqiqat aparılır

Energetika Materials 20 Oktyabr 2012 11:55 (UTC +04:00)
Sentyabrın 28-də Azərbaycanın enerji sistemində yaranmış problem təbii fəlakətin nəticəsi idi. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
"Azərenerji": Azərbaycanın enerji sistemində təbii fəlakətlərlə bağlı problemlərdən yayınmaq üçün tədqiqat aparılır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 28-də Azərbaycanın enerji sistemində yaranmış problem təbii fəlakətin nəticəsi idi. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) problemlər leysan yağışlarının yağması və ildırım vurması səbəbindən baş vermiş, nəticədə 330 kilovoltluq yarımstansiyada yanğın əmələ gəlmişdi.

Pirverdiyevin sözlərinə görgə, ildırım düşməsi də təbii fəlakətdir, belə halları 100 faiz proqnozlaşdırmaq və qabaqcadan söyləmək mümküm deyil.

"Belə hallar kifayət qədər tez-tez baş verir və bir çox hallarda ciddi problemlərdən yayınmaq mümkün olur", - Pirverdiyev bildirib.

İldırım daim yüksək tikili və konstruksiyaları vurur. Mingəçevirdəki stansiyada ən azı iki 310 metrlik tüstü bacası var. "Zədələnmiş stansiyanın ətrafında ildırımkeçiricilər mövcuddur. Bu keçiricilər stansiyanın başqa obyektlərində də var, lakin onları hər yerdə quraşdırmaq mümkün deyil", - Pirverdiyev qeyd edib.

ASC rəhbəri həmçinin bildirib ki, hazırda gələcəkdə belə hallardan yayınmaq üçün tədqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti